AZ

Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL

“Aygün Bəyləri görmək, onunla ünsiyyətdə olmaq ən böyük arzum olub. Kim məni görürdüsə deyirdi ki, ona oxşayırsan. Heyf ki, onu görmək mənə qismət olmadı. Onu çox istəmişəm. Hara gedirdimsə elə bilirdilər ki, Aygün Bəylərəm. O dəqiqə yol verirdilər ki, gedim. Arxamca “Aygün Bəylər” deyə-deyə düşürdülər. Çalışıram ki, onun kimi papaq qoyum, həmin geyimlərdən istifadə edim. Ümumiyyətlə hər zaman kişi kimi geyinməyi sevmişəm. Bir mahnı yarışmasına qatılmışdım, qapıdan içəri girəndə mühafizə ayağa qalxıb dedi ki, “Aygün xanım, buyurun keçin”. Aygün Bəylər olmadığımı deyəndə şoka düşdü, gözlərinə inanmadı. Sonra “O üz” verilişi Aygün xanım üçün proqram hazırlayanda məni onun oxşarı olaraq dəvət etdi. O zaman artıq Aygün xanım dünyasını dəyişmişdi. Çox istərdim ki, sağlığında onu görüm. Allah ona rəhmət etsin”
 
Bunu Moderator.az-a açıqlamasında mərhum müğənni Aygün Bəylərin bənzəri Raifə Hacıyeva deyib. O daha sonra əlavə edib.
 
 
“Adi gül satan idim. Yoldan keçən-keçən məni ona oxşadırdı. Heç kimim yox idi ki, məni onunla görüşdürsün. Hazırda restoran və kafelərdə müğənnilik fəaliyyəti ilə məşğul oluram. Günə 3-5 manat qazanıram. İnsanların əksəriyyəti restorana məni görmək üçün gəlir. Səsimi də Aygünün səsinə bənzədirlər. “Tut ağacı” və “Xatirədir” mahnılarını insanlar üçün oxuyuram. Çox böyük həvəslə oturub dinləyirlər. Bəzən insanlar yaxınlaşıb Aygün Bəylərin qohumu olub-olmadığımı soruşurlar. Həyatda iki arzum var. Birincisi oğlumla bağlıdır. İkincisi isə sənətimlə bağlıdır. Müğənni kimi tanınmaq istəyirəm” deyə o bildirib.
 
Raifə xanım bildirib ki, onu məşhur aparıcı Zaur Baxşəliyev kəşf edib.
 
 
“Zaur bəyin musiqi yarışması verilişi var idi. Məni dəvət etdi və mən yarışmaçı oldum. Restoranda gül satanda mahnı oxumuşdum. Videomu çəkib Atv kanalının qaynar xəttinə göndərmişdilər. O gündən bu günə insanlar məni tanıyır, yaxınlaşıb şəkil çəkdirirlər. Bu məşhurluq mənə pul qazandırmadı. Əksinə işimi itirdim. Gül satan idim, o işimə gedə bilmədim. Sağ olsun Zaur müəllim ev kirayəsinin pulunu ödədi, mənə çox dəstək oldu” deyə o bildirib.
 
Seçilən
1205
Mənbələr
Şərh ()
Bağla