AZ

Kubokun finalına kimlər çıxacaq?

Bu gün Azərbaycan kubokunun finalçıları müəyyənləşəcək.

Futbolinfo.az xəbər verir ki, bu, yarımfinal mərhələsinin cavab oyunlarından sonra bəlli olacaq.

Hər iki qarşılaşma eyni günə təsadüf edəcək. “Qəbələ” səfərdə 1:2 hesabıyla uduzduğu “Zirə”ylə bu dəfə doğma meydanda üz-üzə gələcək.

“Qarabağ” isə səfərdə böyük hesabla qalib gəldiyi “Neftçi”ni bu dəfə mərkəzi arenada sınağa çəkəcək. Ağdam klubunun bu üstünlüyü əldən verməsi inandırıcı görünmür.

Azərbaycan Kuboku
Yarımfinalın cavab oyunları


24 aprel

17:00. “Qəbələ” – “Zirə”
Qəbələ şəhər stadionu.
İlk oyun – 1:2.

20:00. “Qarabağ” – “Neftçi”
Tofiq Bəhramov adına Respublika stadionu.
İlk oyun – 4:0.

Seçilən
52
Mənbələr
Şərh ()
Bağla