AZ

Faiq Ağayev: ”Küsülü olduğum həmkarım yoxdur, haqsızlıq edənləri bağışlamışam” - VİDEO

“Ad günlərimin birində anladım ki, insan bağışlamağı bacarmalıdır. Bağışlayanda isə sənin çiynindən o boyda zülmət yük düşür... Biz niyə bəzən barışığa əl atmırıq, çünki bizi haqqımız yandırır. Amma ürəkdən bağışlayın. Bağışlayandan sonra həmin insanla artıq dost münasibətində olmursan”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev qonaq olduğu “Rəngarəng səhər” verilişində deyib. 

Sənətçi bildirib ki, şou-biznesdə küsülü olduğu həmkarı yoxdur: 

“Mən hamını bağışlamışam və küsülü olduğum bir insan yoxdur. Vaxtı ilə mənə haqsızlıq edən insanlar var, mən isə onları bağışlamışam. Nə olmağından aslı olmayaraq əgər küsülü həmkarlarımdan biri gəlib mənə salam versə, onun salamını alacağam. Əgər otağa sonuncu mən daxil olmuşamsa, mütləq salam verəcəyəm”. 


 
Rəşad Əliyev, Bizim.Media

Seçilən
47
1
Mənbələr
Şərh ()
Bağla