AZ

“Ferrari” qarşıdakı yarışda fərqli dizaynda olacaq

“Ferrari” komandası qarşıdakı qran-pridə fərqli dizaynda çıxış edəcək. Komanda Mayami qran-prisi üçün maşının üzərinə göy çalarlar əlavə edəcək. Bunun da səbəbi şirkətin Amerika bazarına daxil olmasının 70 illiyidir.

Yenilənmiş dizayn iki rəngə istinad edəcək – “Dino Blue” və “Azzurro La Plata”. Birincisi tündləşdirilmiş  mavidir. Arturo Merzario və Kley Reqazzoni 1974-cü ildə məhz bu rəngli kombinezonlarda çıxış etmişdilər. Bundan əlavə, Maranellodakı Ferrari işçiləri də bu rəngdə formada çalışırdılar.

“Azzurro La Plata” rəngi Argentina bayrağının açıq mavi rənglərini əks etdirir. Bu formada uzun illər ərzində Alberto Askari, Con Sörtis, Lorenzo Bandini, Ludoviko Skarfiotti, Kris Amon və Niki Lauda çıxış ediblər.

SF24-in yenilənmiş versiyası Mayamidəki qran-pri başlamazdan əvvəl təqdim ediləcək.

Seçilən
27
Mənbələr
Şərh ()
Bağla