AZ

Famil Ağayev: “Onlarla oyundan dərs çıxarmalıyıq” - MÜSAHİBƏ

Qadın voleybolçulardan ibarət “Abşeron”un baş məşqçisi Famil Ağayevin İdman.bizə müsahibəsi

- Azərbaycan çempionatında mövsümü ikinci yerdə bitirdiz. Finalda “Azərreyl”ə qalib gəlməyə nə çatmadı?

- Birinci olmağı hədəfləmişdik. Amma qismət olmadı. Rəqib çox güclü idi. Mübarizə aparıb, əlimizdən gələni etdik. Mövsümboyu "Azərreyl"lə qarşılaşmışıq. Həmin matçlarda qalib də gəlmişik, məğlub da olmuşuq. Amma bu oyundan dərs çıxarıb, növbəti mövsümə daha yaxşı hazırlaşmalıyıq. Bu dəfə olan boşluqları doldurub, səhvlərimiz növbəti ildə təkrarlamamalıyıq. Əlimizdən gələni edəcəyik ki, gələn mövsüm qızıl medal məhz "Abşeron"nun olsun.

- Amma 1:3 hesablı məğlubiyyətin səbəbini açıqlamadız.

- Voleybolçu çatışmazlığı vardı. Komandamızda ehtiyat oyunçuların hamısı çox gəncdir. Bu baxımdan hansısa voleybolçu səhv etdikdə və ya yorulduqda onu kimləsə əvəzləyə bilmirdim. Lakin bu, "Azərreyl"də belə deyildi. Onlarda oyunçu baxımından problem yoxdur. Çünki dünyanın güclü ölkələrindən olan ən yaxşı oyunçular bu heyətdədir. Belə güclü heyətlə bu formada mübarizə aparmaq bizim üçün sevindiricidir. "Azərreyl" kimi komandayla finalda qarşılaşmaq qürurvericidir. Bundan sonra daha güclü və dinamik heyət yığıb mübarizəmizə davam edəcəyik.

- Səhv etdikdə və ya yorulduqda kimisə əvəzləyə bilmədiyinizi dediz. Kimlər gözlədiyinizdən zəif mübarizə apardı?

- Hamısı yaxşı oynadı. Amma onların maksimum səviyyədə oynamaq dərəcəsi var. Bəzən meydandakı atmosfer, azarkeşlərin çox olması da voleybolçuya təsir edə bilir. Bu səbəbdən rəqib komandanı alqışlayanlar digərini təsir altına salır. Bizim komanda da belə bir hal baş verdi. Lakin tez bunu aradan qaldıra bildik. Rəqib komandanın daha şanslı hücum zərbələrinə tuş gəldik. Çünki müdafiədən çıxardığımız bütün toplar qarşı komandanın meydanına yönəldi və onlarda bunu çox yaxşı şəkildə dəyərləndirdilər.

- Müqaviləniz mövsümün sonunadək idi. “Abşeron”da yolunuza davam edəcəksiz?

- Bu barədə hələ ki, rəhbərliklə danışmamışam. Lakin klubdan getmək fikrim yoxdur. Yoluma bu komanda da davam etsəm, daha yaxşı çıxış edəcəyik.

- Qarşıda sizi məşqçi kimi Qızıl Avropa Liqası gözləyir. Hədəf nə olacaq?

- Bəli, milli komandanın oyunları gəlir. Buna da yaxşı hazırlaşıb, çıxış etməliyik. Gələn mövsüm üçün “Abşeron”da bəzi məsələlərlə bağlı rəhbərliklə danışıqlamız olacaq. Çağırış kubokunda da iştirak etmək istəyirik. Buna görə də lazımı komanda formalaşdırmalıyıq. Qismət olarsa gedib, çıxış edəcəyik.

Banuçiçək Hüseynli
İdman.biz

Seçilən
50
Mənbələr
Şərh ()
Bağla