AZ

“Qırmızı şeytanlar” “İnter”in müdafiəçisini istəyir

İtaliyanın “İnter” klubunun futbolçusu Alessandro Bastoni karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Msport.az “Fichajes” nəşrinə istinadən xəbər verir ki, “Mançester Yunayted” italiyalı müdafiəçini transfer etmək istəyir.

“Qırmızı şeytanlar” yayda 25 yaşlı oyunçu üçün İtaliya klubuna 60 milyon avroluq rəsmi təklif göndərəcək.

Qeyd edək ki, “İnter” Alessandro Bastonini 2017-ci ilin yayında “Atalanta”dan transfer edib. İtaliya millisinin üzvü bu mövsüm Milan təmsilçisinin heyətində meydana çıxdığı 34 rəsmi matçda 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsi 2028-ci ilin yayına kimidir.

Seçilən
50
Mənbələr
Şərh ()
Bağla