AZ

Mənzillərin kartla alışında ödənilən ƏDV-nin 30%-i vətəndaşlara geri qaytarılır - VİDEO

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən həyata keçirilən və Azərbaycanda nağdsız ödənişlərin tətbiqini intensivləşdirən “ƏDV geri al” layihəsi daşınmaz əmlak alışı sahəsində də uğurla tətbiq edilir.

Azərbaycanda kartla ev alanlara 30 milyon manatdan çox ƏDV geri qaytarılıb - VİDEO

FED.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması prosesində vətəndaşlar fəal şəkildə iştirak edirlər. İqtisadiyyatın şəffaflaşdırılması, dövriyyələrin düzgün bəyan edilməsi və təmassız maliyyə əməliyyatlarının təşviqində ictimai iştirakçılığı təmin edən bu innovativ layihə ilə bağlı sosial çarx hazırlanıb. Çarxda daşınmaz əmlakın fiziki şəxslər tərəfindən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alışı zamanı ödənilən ƏDV-nin 30%-nin vətəndaşlara geri qaytarıldığı diqqətə çatdırılır.

Seçilən
46
Mənbələr
Şərh ()
Bağla