AZ

Ankarada Türk dövlətlərinin kosmik texnologiyalar sahəsində əməkdaşlığı müzakirə edilir

Ankara, 24 Aprel, AZƏRTAC

Ankarada Türk dövlətləri kosmik agentliklərinin üçüncü iclası keçirilir.

AZƏRTAC xəbər verir ki, Türkiyə Kosmik Agentliyinin (TUA) təşkilati dəstəyi ilə keçirilən tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) təmsil edir. Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşündə dövlət başçılarının verdiyi tapşırıqlara əsasən, iclas iştirakçıları komik sahədə əməkdaşlığın daha da inkişafı məsələlərini müzakirə edəcəklər.

TDT ölkələrinin kosmik sahədə əməkdaşlığı məsələlərinə həsr olunmuş birinci iclas 2021-ci il dekabrın 20-də Bakıda keçirilib. Növbəti tədbir 2023-cü ildə Daşkənddə baş tutub. Bu iclasda komik sahədə qarşılıqlı fəaliyyətin prioritet istiqamətləri müəyyən edilib və razılaşdırılıb.

Qeyd edək ki, TDT-yə üzv və müşahidəçi ölkələrin mütəxəssisləri “CubeSat” birgə peykinin hazırlanması və kosmik fəzaya buraxılması üzərində işi davam etdirirlər. Layihə çərçivəsində artıq bir sıra əyani və onlayn müzakirələr aparılıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Seçilən
62
3
Mənbələr
Şərh ()
Bağla