AZ

Müsəlman daşıyır yollar Qüdsə qədər - Qalib Şəfahətin şeirləri

Kulis.az Qalib Şəfahətin yeni şeirlərini təqdim edir.

Sənin ürəyində sevgi payım var.

Bəxşiş deyil ki, bağışlayam mən,
Sənin ürəyində sevgi payım var.
Sök, dağıt qəlbindən dağıda bilsən,
Qəlbində ucalan eşq sarayım var.

Acarı məndədi, qıfılı səndə
Özüm bağlayıram, özüm açıram.
Özgə qapıları çətin düşəm mən.
Üzü pas bağlamış bir kor açaram.

Bağışla bu gecə yatıb qalmışam,
Sənin ürəyini açammamışam.
Mən sənin könlünə necə düşmüşəm?
Əcəlin torundan qaçammamışam!

Qaytara bilməzsən, dözməz ürəyin,
Qan axıb tökülər çat olan yerdən.`
Qoy eşqə bir yeni töhvəmiz olsun,
Başlayaq həyatı gəl qalan yerdən.

Ürəyin bağlıdı, mənim dilim tək,
Bircə gəlib vurma qəlbimdən məni.
Axır ki, bu eşqın toruna düşdüm.
Gəlib xilas etmə ölümdən məni.

Turan yolu

Xankəndində,
Rəsulzadə
Prospekti ilə
Heydər Əliyev
Prospektinin
kəsişdiyi yerdən,
durub
baxıram sabaha.
Sübh şəfəqləri ilə birgə,
Canımla, qanımla
yolçuyam,
Turan yoluna
Ilhamla...
Qoşulun mənə
sahib çıxaq cahana!

Dünyanın yaşıl dərdi

Dərd
gül stili kimidir.
Əkmişəm gözlərimə,
Susuz qalmasın,
Hərdən,
göz yaşı axıdıram dibinə.
Kokü
yaş qalsın deyə.
Pöhrələnir,
yaşıl qalır,
rəngini saxlayır üstundə.
Dünyanın yaşıl dərdini,
mən çəkirəm gözümdə.

***

Get!
Toxunma yollara,
Qarşı çıxma,
Allaha!
Müsəlman
Daşıyır yollar,
Qüdsə qədər.
Allahı
görmək üçün.

Seçilən
65
Mənbələr
Şərh ()
Bağla