AZ

Məsim Məmmədov: Laçın aeroportu istifadəyə verildikdən sonra buraya turist axını çox olacaq

Laçın aeroportu istifadəyə verildikdən sonra buraya turist axının çox olacağı gözlənilir.

Bizim.Media xəbər verir ki, bu barədə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov 30 ölkədən 64 nüfuzlu ekspertin iştirakı ilə “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumu çərçivəsində aprelin 24-də Laçında keçirilən Qarabağda dayanıqlı inkişafa həsr olunmuş paneldə bildirib.
 

“Laçın şəhəri artıq cənnətə çevrilməkdədir. Laçın bundan bir neçə il öncə heç belə deyildi. Prezident İlham Əliyevin göstərdiyi diqqət və səylər nəticəsində bir neçə ildə azərbaycanlıların doğma yurdu olan Laçın abadlaşdırıldı. Artıq Laçına 850-dək vətəndaşımız daimi yaşayış üçün köçürülüb”, - deyə Məsim Məmmədov vurğulayıb.

Laçının çox böyük potensialı olduğunu diqqətə çatdıran Prezidentin xüsusi nümayəndəsi deyib:

“Hazırda Laçında yeni texnologiyalara əsaslanan innovativ enerji sistemi qurulub. Ümumilikdə şəhərdə 24 günəş paneli quraşdırılıb. "Sus" və "Ağbulaq" su elektrik stansiyaları bərpa olunub. Ümumilikdə Laçında bərpaolunan enerji layihələrinin inkişafı üçün çox geniş şərait var. Hazırda regionda 18 aqrobiznes var və 450 iş yeri mövcuddur”.

Laçında mövcud infrastruktur layihələri barədə məlumat verən M.Mənsimov diqqətə çatdırıb ki, Ermənistanın 30 illik işğalından azad edilmiş bu ərazilərdə böyük quruculuq işləri davam etməkdədir.

Bizim.Media
 

Seçilən
42
Mənbələr
Şərh ()
Bağla