AZ

Rəcəb Tayyib Ərdoğan Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə görüşəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Ankarada Türkiyə Respublikasında səfərdə olan Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə görüşəcək.

Türkiyənin “Anadolu” agentliyi xəbər verir ki, hər iki dövlət başçıları ikitərəfli münasibətlərin bütün aspektlərini və ikitərəfli əməkdaşlığın gələcək inkişafını rəsmi formatda müzakirə etmək üçün Prezident arayında görüşəcəklər.

Görüş zamanı Türkiyə və Almaniya prezidentlərinin Türkiyə-Avropa İttifaqı münasibətləri, regional və beynəlxalq məsələləri müzakirə edəcəyi gözlənilir.

//Samir Qurbanov, Editor.az

Seçilən
26
Mənbələr
Şərh ()
Bağla