AZ

İraq məktəblilərinə Azərbaycan haqqında məlumat verilib

Bakı, 24 aprel, AZƏRTAC

Azərbaycanın İraqdakı səfirliyinin təşəbbüsü və Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin dəstəyilə Bağdadda xeyriyyə tədbiri keçirilib.

Səfirlikdən AZƏRTAC-a verilən məlumata görə, Bağdadda fəaliyyət göstərən tanınmış ərəb ədəbiyyatçısı, fiqh alimi və tanınmış xəttat Qiyasəddin Əl-Aqilinin adını daşıyan ibtidai məktəbin şagirdləri ilə görüş keçirilib və 200 şagirdə məktəb ləvazimatından ibarət hədiyyələr təqdim olunub.

Mərasimdə çıxış edən Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov Azərbaycan haqqında geniş məlumat verib, xalqlar və dövlətlərimiz arasındakı dostluq əlaqələrindən danışıb.

Tədbirdə məktəbin rəhbəri və müəllim heyəti, şagirdlər, valideynlər, İraq Təhsil Nazirliyinin nümayəndələri, səfirliyin əməkdaşları iştirak ediblər.

Seçilən
40
1
Mənbələr
Şərh ()
Bağla