AZ

Açelya Toprak: “Özümü o qədər hazır hiss edirəm ki, indi də yarışa çıxa bilərəm”

“Avropa çempionatı üçün hazırlıqlarımız çox yaxşı davam edir”.

Bunu İdman.bizə Azərbaycan millisinin cüdoçusu Açelya Toprak (57 kq) deyib.

O bildirib ki, Zaqrebdə keçiriləcək Avropa çempionatında hazırlıq məqsədi ilə Yaponiyada 3 həftə təlim-məşq toplanışında olublar: “Fiziki baxımdan yaxşıyam və randori üzərində daha çox işləmişəm. Özümü o qədər hazır hiss edirəm ki, indi də yarışa çıxa bilərəm. Sadəcə hər şeyi elə planlamışam, çempionat günü hər şey hazır olsun. Bu çempionatda yaxşı çıxış edərək, medal qazanmaq istəyirəm. Yarışdakı rəqiblərə qarşı daha öncə də güləşmişəm. Buna görə də hamısını yaxşı tanıyıram. Çox güclü idmançılardır. Lakin bu dəfə hər şey tam fərqli olacaq. İnanıram ki, qızıl medal qazana bilərəm. Sadəcə həmin gün şanslı da olmalıyam. Qarşıdakı əsas hədəfim Avropa çempionatında qalib olub, növbəti turnirlərdə yüksək nəticə qazanmaqdır”.

Qeyd edək ki, Avropa çempionatı aprelin 25-27-də Xorvatiyanın paytaxtı Zaqrebdə baş tutacaq.

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə:
Seçilən
12
Mənbələr
Şərh ()
Bağla