AZ

"Azərbaycan dünyanın beyin mərkəzlərinin əsas toplantı nöqtələrindən biri halına gəlib" - Politoloq

"COP29 və Azərbaycan üçün Yaşıl Baxış" beynəlxalq forumunun iştirakçılarının Qarabağ regionuna səfəri başlayıb. Səfərdə 30 ölkədən 64 beyin mərkəzinin nümayəndəsi iştirak edir.

Mövzu ilə bağlı BiG.AZ-a danışan politoloq Tural İsmayılov bildirib ki, Azərbaycanın dünyada hörmətə malik olan, həm indi, həm keçmişdə müxtəlif vəzifələrdə çalışmış diplomatların,ictimai-siyasi xadimlərin qatıldığı forumlar təşkil etməsi Azərbaycanı həm də qlobal əhəmiyyətli layihələrin təhlil edilməsi mənasında da mərkəz halına gəlməsini göstərir:

"Burada çox vacib kontekst ondan ibarətdir ki, bu gün Azərbaycan dünyanın beyin mərkəzlərinin əsas toplantı nöqtələrindən biri halına gəlib. Həm paytaxt Bakı,həm işğaldan azad edilən ərazilər Şuşa başda olmaqla vacib beyin mərkəzlərinin toplantılarına ev sahibliyi edir ki, bu da bütün şəhərlərin potensialını ortaya qoymuş olur. Faktiki olaraq Azərbaycanın dünyada hörmətə malik olan, həm indi, həm keçmişdə müxtəlif vəzifələrdə çalışmış diplomatların,ictimai-siyasi xadimlərin qatıldığı forumlar təşkil etməsi Azərbaycanı həm də qlobal əhəmiyyətli layihələrin təhlil edilməsi mənasında da mərkəz halına gəlməsini göstərir. Artıq ənənəvi olaraq ölkəmiz həm Qlobal Bakı Forumuna, həm də müxtəlif mövzularda beynəlxalq siyasi məsləhətləşmələrin, müzakirələrin aparıldığı forumlara ev sahibliyi edir.Cənab prezident İlham Əliyevin qatıldıgı "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" forumunun birinci günü uğurla başa çatdı, sonrakı gün isə forumun işini işğaldan azad edilmiş Laçın şəhərində davam etdirməsi vacib əhəmiyyətə malikdir. Bu, həm Azərbaycanın işğaldan azad edilmiş torpaqlarının potensialını nümayiş etdirmək üçün yaxşı məqamdır. Beynəlxalq forumda iştirak edən insanlar da önəmli siyasi xadimlərdir. Onlar öz ölkələrinin mediasına açıqlama verirlər. Bu, Qarabağın quruculuq potensialı və xarici investisiyaların cəlbi baxımından vacib əhəmiyyətə malikdir. Bütövlükdə bu tip toplantıların Qarabağda keçirilməsi təkcə siyasi deyil,həm də iqtisadi, mədəni və mənəvi baxımdan vacibdir".


BiG.Az
Seçilən
19
Mənbələr
Şərh ()
Bağla