AZ

Avropa qeyri-adi vəziyyətlə üzləşib

Avropa

Aprel ayında Avropada hava temperturu rekord həddə çatıb. Ayın əvvəlindəki yay istiliyindən sonra rekord dərəcədə soyuq və şaxta müşahidə edilib.

Reyting.az
xəbər verir ki, aprelin ilk iki həftəsi Avropada temperatur rekord həddə olub. Aprel ayının əvvəlində başlayan anomal istilər bir çox bitkilərin erkən çiçəklənməsi ilə nəticələnib. Amma istilərin ardınca temperatur aşağı düşüb, şaxta olub, yağış və qar yağıb.

Alimlər deyirlər ki, Avropa heç vaxt belə ekstremal ay görməyib.

Meteoroloq və klimatoloq Maksimiliano Herreranın sözlərinə görə, Avropa tarixinin ən ekstremal ayını yaşayır.

Sloveniya belə dramatik iqlim dəyişikliyinin əsas nümunəsinə çevrilib. Aprelin 16-da maksimum temperatur 30°C-dən yuxarı olsa da, sonradan hava şəraiti qəfil dəyişib, şaxta, güclü külək, yağış və qar yağıb.

Temperaturun ən əhəmiyyətli azalması Sloveniyanın şərqindəki Podcetrtek şəhərində qeydə alınıb, burada temperatur +27,2°C-dən sadəcə +1°C-ə düşüb. Cəmi bir gün ərzində temperaturun 26,2 dərəcə aşağı düşməsi rekord göstəricidir.

Temperaturun oxşar sürətli dəyişməsi Mərkəzi Avropada da qeydə alınıb. Bu isə regionun kənd təsərrüfatına, xüsusən də erkən çiçəklənmədən sonra həssas olan meyvə ağaclarına və üzüm bağlarına ciddi təsir edib.

Aprelin 23-də Finlandiyadan tutmuş Almaniya və Xorvatiyaya qədər Avropanın bir çox regionlarına qar yağıb. Helsinkidə şaxtalı yağış və qar səbəbindən tramvayların hərəkəti tamamilə dayandırılıb.

Almaniyanın dağlıq ərazilərində bir gündə 40 sm-dən, son beş gündə isə bir metrdən çox qar yağıb. Ölkənin şimalında hərarət gecə mənfi bir dərəcəyə düşüb.

Aprelin 23-də Xorvatiyanın cənubunda, eləcə də Latviya, Estoniya və Litvada qar yağıb. Qeyri-adi soyuq hava Aralıq dənizini keçərək Şimali Afrikaya çatıb.

V. QULİYEV
Seçilən
26
Mənbələr
Şərh ()
Bağla