AZ

Türkiyədə sabiq nazir və klub prezidenti evində ölü tapılıb - FOTO

Türkiyəli sabiq siyasətçi, iş adamı və “Trabzonspor” klubunun prezidenti Mehmet Ali Yılmaz İstanbuldakı evində ölü tapılıb.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, onun ölüm səbəbi ilə bağlı hələlik heç bir açıqlama verilməyib.

Bir müddət idmandan məsul dövlət naziri vəzifəsində çalışmış 78 yaşlı keçmiş dövlət naziri Mehmet Ali Yılmaz İstanbul Beşiktaşdakı evində qızı tərəfindən ölü tapılıb.

İlk araşdırmada Yılmazın ölümündə heç bir şübhəli hal təsbit edilməyib.

Qeyd edək ki, Mehmet Ali Yılmaz 1991-ci il ümumi seçkilərində DYP-dən Trabzon millət vəkili seçilib və 20.10.1991-24.12.1995-ci il tarixləri arasında Türkiyə Böyük Millət Məclisində qanunvericilik fəaliyyətində iştirak edib. O, 49-cu və 50-ci hökumətlərdə idman üzrə dövlət naziri vəzifəsində çalışıb. Ailəlidir, 5 övladı var.

Seçilən
51
1
Mənbələr
Şərh ()
Bağla