AZ

DYP atmosferi çirkləndirən sürücülərlə profilaktik söhbətlər aparıb- FOTO

Kürdəmir RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində avtomobillərdən çıxan qazların tərkibində olan zərərli maddələrin miqdarının ölçülməsi və atmosfer havasının çirklənməsinə nəzarətin gücləndirilməsi məqsədilə nəzarət-profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, keçirilən tədbirlər zamanı avtomobillərdən çıxan qazların tərkibində olan zərərli maddələrin miqdarı xüsusi avadanlıqlarla yoxlanılıb. Normadan artıq zəhərli qaz ixrac edən və atmosferi həddindən artıq çirkləndirən avtomobilləri idarə edən sürücülərlə profilaktiki söhbətlər aparılıb, nəqliyyat vasitələrini saz vəziyyətdə saxlamaları barədə tövsiyələr verilib. Edilən xəbərdarlıqlara baxmayaraq eyni qayda pozuntusuna yenidən yol verən sürücülər barəsində isə inzibati tənbeh tədbiri görülüb. 

Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdiriləcək.

FOTO QALEREYA
Seçilən
44
Mənbələr
Şərh ()
Bağla