AZ

Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan Tavuş sakinləri ilə görüşüb

Bakı. Trend:

Ermənistanın müxalif "Hayastan" fraksiyasının rəhbəri, keçmişmüdafiə naziri Seyran Ohanyan və fraksiyanın bir sıra digərdeputatları Tavuş vilayətinin Kirants kəndinə gedib.

Trend xəbərverir ki, bu barədə erməni KİV məlumat yayıb.

Bildirilib ki, onlar Ermənistan-Azərbaycan sərhədlərinindelimitasiyasına qarşı çıxan etirazçılarla görüşüb.

Qeyd edək ki, Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyasıbarədə razılığın əldə olunduğu və iki ölkə arasında münasibətlərinnormallaşma istiqamətində irəlilədiyi hazırkı şəraitdə Ohanyan vəmüxalif fraksiyanın digər nümayəndələrinin bölgəyə səfəri müsbətheç nə vəd etmir. Etirazçılarla görüşən Seyran Ohanyanın vəziyyətigərginləşdirmək üçün onlara göstərişlər verdiyi də istisnaedilmir.

Xatırladaq ki, aprelin 19-da Azərbaycan və Ermənistan sərhədinindelimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrəKomissiyanın səkkizinci görüşü keçirilib. Görüşdə razılığa gəlinibki, delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhədxəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onunsüqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmışrespublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - BağanısAyrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) –Xeyrımlı (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayışməntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Seçilən
45
1
Mənbələr
Şərh ()
Bağla