AZ

Rus ordusu daha bir yaşayış məntəqəsini ələ keçirib

Rus

Rusiya ordusu tammiqyaslı işğaldan əvvəl 3600 nəfərin yaşadığı Donetsk vilayətinin kiçik Oçeretino qəsəbəsinin mərkəzinə nəzarəti ələ keçirib.

Reyting.az
Almaniyanın “Bild” nəşrinə istinadla bildirir ki, aylarla davam edən gərgin döyüşlərdən sonra Rusiya ordusu son 48 saat ərzində ciddi müqavimətlə üzləşmədən əhalinin məskunlaşdığı əraziyə daxil ola bilib.

Xatırladaq ki, Oçeretino qəsəbəsi Ukrayna Silahlı Qüvvələrinin nəzarətində qalan Donetsk vilayətinin son şəhərlərinə aparan strateji əhəmiyyətli dəmir yolu xətti üzərində yerləşir.

Alman nəşri ukraynalı hərbçilərə və analitiklərə istinadla yazır ki, Rusiyanın irəliləyişi Ukrayna Silahlı Qüvvələrinin 115-ci mexanikləşdirilmiş briqadasının gözlənilmədən “mövqelərini tərk etməsindən” sonra mümkün olub.

“Forbes”in məlumatında isə bildirilir ki, 47-ci mexanikləşdirilmiş briqada cəbhə xəttindən (Avdeevski istiqamətində Oçeretino məntəqəsindən) geri çəkilib və ruslar hücum edərək, az qala, Ukrayna mövqelərinin mühafizəsiz zolağına keçiblər.

E. KAMAL
Seçilən
45
38
Mənbələr
Şərh ()
Bağla