“İki sahil” xəbər verir ki, bu mövsüm “Qalatasaray”da ardıcıl ikinci çempionluğu hədəfləyən Okan Buruk uğurlu çıxışı ilə bütün statistikanı alt-üst edib.
Təcrübəli məşqçini “Mançester Siti”nin ispaniyalı məşqçisi Pep Qvardiola ikinci yerdə izləyir. “Benfika”nın alman məşqçisi Rocer Şmidt isə siyahının üçüncü pilləsində qərarlaşıb.
Siyahının 4-cü pilləsində “Portu”nun portuqaliyalı çalışdırıcısı Serxio Konseysao, “Real Madrid”in italiyalı məşqçisi Karlo Ançelotti isə 5-ci yerdədir.
Qeyd olunan baş məşçiləri ardıcıllıqla Ruben Amorim (“Sportinq”), Xabi Alonso ("Bayer"), Simone İnzaqi ( “İnter”), Arne Slot ("Feyenoord"), Yurgen Kloop (“Liverpool”) izləyir.