AZ

Ərdoğan Almaniya prezidentini belə qarşıladı: "Naber, how are you?" - VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə rəsmi səfərdə olan Almaniya Prezidenti Frank-Volter Ştaynmayeri mərasimlə qarşılayıb.

BAKU.WS xəbər verir ki, Ərdoğanın qarşılanma anında alman həmkarına dediyi "Naber, how are you?" sözləri diqqət çəkib. Həmin anların görüntüləri sosial şəbəkədə böyük marağa səbəb olub.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Frank-Volter Ştaynmayeri Prezident İqamətgahında qəbul edib.
Görüşdə Türkiyə ilə Almaniya arasında ikitərəfli münasibətlərin bütün aspektləri müzakirə olunacaq və əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün görüləcək işlər qiymətləndiriləcək.

Seçilən
63
Mənbələr
Şərh ()
Bağla