AZ

“Deyirlər ki, o xanımın nəyisə var, bəs sənin?!” - Qalmaqallı açıqlama

“Bəzi tanınmışlar var ki, onları məhşur olduqlarına görə yox, tapşırıqla harasa dəvət edib, işə götürürlər”. 

Bu sözləri yazıçı-jurnalist Anar Vəziroğlu “Yeni Sabah”a açıqlamasında deyib. O, bəzi məhşurların vəzifə sahib olmaqlarını belə şərh edib: 

“Məhşurlar var ki, onların adı elə məhşurdur. Onlar çatana çatır, çatmayana isə bir daş atırlar. Bir də elə tanınmış simalar var ki, sənəti və dünyagörüşü ilə başqalarına nümunə olurlar. Bu sənətkarların bünövrəsi o qədər təmiz yerdən gəlir ki, yavaş-yavaş şöhrətləri artır. Amma bunlardan başqa bir günün içərisində məhşurlaşan adamlar da var. Məsələn, mən özüm illərdir ki, jurnalistika sahəsində külüng çalıram. 29 yaşımdan bu sahədəyəm. SSRİ-də ilk azərbaycanlı redaktor olmuşam. Qəribədir ki, məni bu sənətimlə yox, "şapka"nın üstündə yığılan suyu çiləməklə tanıdılar”. 

A.Vəziroğlu qeyd edib ki, bəzi gənclərə qarşı haqsızlıq edilir: 

“Bəzi insanlar kütlənin səviyyəsi ilə oynayırlar. Kütlənin səviyyəsi isə heç nədir. Leninin gözəl bir sözü var, deyirdi ki, fəhlə əgər fəhləliklə danışırsa, o inqilabçıdır. Bəzi məhşurlar da belədir. Bəlkə də elə ən böyük tərbiyəsiz özləridirlər. Onları harasa dəvət edəndə də, sənətinə, məhşurluğuna görə, saymırlar, haradansa tapşırıq gəlir. Deyirlər ki, bu adamın arxasında durun, işə götürün, arxasında dayanın. Belə şeylərə o qədər əmindirlər ki, hər zaman arxalarında kiminsə olduğunu bilirlər. Çətinliyə düşən zaman o “daydayı” tapıb, yaxasından yapışaraq,deyirlər ki, sən mənim arxamda dayanmalısan. Doğrudur, Azərbaycanda cavanlara qayğı və diqqət var. Ancaq bunu da danmaq olmaz ki, müəyyən qisim adamlar bəzi xanımlara daha çox qayğıkeşlik edir. Deyirlər ki, o xanımın nəyisə var, bəs sənin?! Ancaq bu sualı verirlər. Bütün zəmanələrdə haqsızlıq olub. Dünən də, bu gün də, sabah da..” 

Aytac Şahin 


Telegram kanalımız
Seçilən
48
Mənbələr
Şərh ()
Bağla