AZ

Ferstappen yenə hamını qabaqladı

“Formula-1” üzrə dünya çempionatının iştirakçıları həftəsonu Çinin qonağı idi.

"Football-plus.az" xəbər verir ki, Bəribaşdan vurğulayaq ki, sensasiya həvəskarlarının ümidləri doğrulmadı. “Red Bull”un pilotu Maks Ferstappen ən yaxın izləyicisini – “Maklaren” pilotu Lando Norrisi 13,773 saniyə arxada oymaqla finişə birinci çatdı. 3-cü yeri isə Ferstappenin komanda yoldaşı Serxio Peres tutdu. Niderlandlı pilotun yeni mövsümdə keçirilən ilk 5 mərhələdən dördünün qalibi olduğunu da vurğulayaq. Daniel Rikkyardo, Yuki Sunoda və Valtteri Bottas müxtəlif səbəblərdən finişə çata bilmədi.

Təsnifat mərhələsi
1. Maks Ferstappen (Niderland) 1.33,660
2. Serxio Peres (Meksika) 1.33,982
3. Fernando Alonso (İspaniya) 1.34s,148
4. Lando Norris (B.Britaniya) 1.34,165
5. Oskar Piastri (Avstraliya) 1.34,273
6. Şarl Lekler (Monako) 1.34,289
7. Karlos Sayns (İspaniya) 1.34,297
8. Corc Rassell (B.Britaniya) 1.34,433
9. Niko Hülkenberq (Almaniya) 1.34,604
10. Valtteri Bottas (Finlandiya) 1.34,665
11. Lens Stroll (Kanada) 1.34,838
12. Daniel Rikkyardo (Avstraliya) 1.34,934
13. Esteban Okon (Fransa) 1.35,223
14. Aleksandr Albon (Tayland) 1.35,241
15. Pyer Qasli (Fransa) 1.35,463
16. Quanyuy Çjou (Çin) 1.35,505
17. Kevin Maqnussen (Danimarka) 1.35,516
18. Lüis Hemilton (B.Britaniya) 1.35,573
19. Yuki Sunoda (Yaponiya) 1.35,746
20. Loqan Sarcent (Amerika) 1.36,358
Həlledici mərhələ
305,066 km (5451 metrlik 56 dövrə)
1. Maks Ferstappen Red Bull 1:40.52,554
2. Lando Norris Maklaren +13,773
3. Serxio Peres Red Bull +19,160
4. Şarl Lekler Ferrari +23,623
5. Karlos Sayns Ferrari +33,983
6. Corc Rassell Mersedes +38,724
7. Fernando Alonso Aston Martin +43,414
8. Oskar Piastri Maklaren +56,198
9. Lüis Hemilton Mersedes +57,986
10. Niko Hülkenberq Haas +1.00,476
11. Esteban Okon Alpin +1.02,812
12. Aleksandr Albon Uilyams +1.05,506
13. Pyer Qasli Alpin +1.09,223
14. Quanyuy Çjou Zauber +1.11,689
15. Lens Stroll Aston Martin +1.22,786
16. Kevin Maqnussen Haas +1.27,533
17. Loqan Sarcent Uilyams +1.35,110
Valtteri Bottas (Zauber), Yuki Sunoda və Daniel Rikkyardo (hər ikisi RB) finişə çatmayıb.
Şəxsi birincilik
1. Maks Ferstappen 110 xal
2. Serxio Peres 85
3. Şarl Lekler 76
4. Karlos Sayns 69
5. Lando Norris 58
6. Oskar Piastri 38
7. Corc Rassell 33
8. Fernando Alonso 31
9. Lüis Hemilton 19
10. Lens Stroll 9
11. Yuki Sunoda 7
12. Oliver Berman 6
13. Niko Hülkenberq 4
14. Kevin Maqnussen 1
Mühəndislər kuboku
1. Red Bull 195 xal
2. Ferrari 151
3. Maklaren 96
4. Mersedes 52
5. Aston Martin 40
6. RB 7
7. Haas 5

Seçilən
19
Mənbələr
Şərh ()
Bağla