AZ

Formula-1: “Ferrari”nin adı dəyişib

“Ferrari” Formula-1 üzrə dünya çempionatında yeni ad altında iştirak edəcək.

İdman.biz xəbər verir ki, İtaliya təmsilçisi bundan sonra “Scuderia Ferrari HP” adlanacaq.

Bu gün “Ferrari” ilə ABŞ-ın “Hewlett Packard” arasında uzun müddətli müqavilə imzalanıb. Şirkət komandanın titul sponsoru olub. “HP”-nin loqotipi “Ferrari”nin bolidlərində, eləcə də pilotları və əməkdaşlarının kombinezonlarında nümayiş etdiriləcək.

Qeyd edək ki, “Ferrari” 2024-cü ildə 4 mərhələdən sonra 151 xal toplayıb. Komanda Mühəndislər kubokunda 2-ci pillədə qərarlaşıb.

İdman.biz

Seçilən
49
Mənbələr
Şərh ()
Bağla