AZ

“Qəbələ” futbolçuları “Qarabağ”dan aldığı 1 xala sevindi

“Qəbələ” 31-ci turda “Qarabağ”dan xala bildi.

Oyundan sonra “qırmızı-qaralar”ın iki futbolçusunun təəssütatını öyrəndik. Əvvlcə Əyyub Allaş təəssüratlarını bölüşdü

- Oyun necə keçdi, qazanılan 1 xal sizə necə təsir etdi?
- Həmişəki kimi çətin keçdi. Bu dəfə çempiona qarşı oynadıq. Düşünürəm bu gün yaxşı çıxış etdik. Əsas da məğlub olmadıq. Belə oyun, bu cür qazandığımız 1 xal bizim üçün əhəmiyyətli idi.

– “Qarabağ” a qarşı belə mübarizə aparmağı hər komanda bacarmır. Hətta siz də bundan əvvəlki görüşlərdə məğlub olmuşduz. Yoxsa çempionatın sonuna yaxınlaşmağınız həyəcan siqnalı verdi?
- Bu dəfə futbolçuların hamısı yaxşı motivasiya ilə gəlmişdi. Çünki çempiona qarşı çıxış edirdik. Növbəti oyunlarda belə performans göstərməliyik. Bundan sonra bütün oyunlara da belə davam etməliyik.

– Yəni düşünürsən ki, növbəti oyunlarda taleyinizi dəyişə bilərsiz?
- Mən peşəkar futbolçuyam. Amma futbolda hər şey baş verə bilər. Elitada qalmaq üçün əlimizdən gələni edəcəyik.

– Hazırda formada olan futbolçulardan birisən, yayda isə klubla müqavilən müddəti bitəcək. Gələcəyini “Qəbələ” ilə düşünürsən?
- Hələ bilmirəm... Müqaviləmin müddəti yayda bitir. Ona kimi proseslərin hansı yöndə dəyişəcəyindən asəlıdı. Mənə görə vacib olan hazırkı oyunlardı. Zaman çatanda seçim edəcəm.

– Bəs “Qəbələ” 1 -ci liqaya düşsə, yenə də orda forma geymək istəyərsən?
– Yox.

- Planlarında Azərbaycanda qalıb oynamaq var?
– Niyə də yox?! Təkliflərə açığam.

– “Zirə”ni kubokun yarımfinalında keçsəz, finalda rəqibizyenə “Qarabağ” olacaq...
- Gələcəkdə nə olacağını deyə bilmərəm. Amma hər bir halda əlimizdən gələni etməyə çalışacağıq.

Oyun vaxtı diqqət cəlb edən məqamlardan biri də “Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadzenin meydançanın kənarında emosional görünməsi idi. Hətta gürcü mütəxəssis müdafiəçi İlkin Qırtımovu da fürsət olanda yanına çağırdıı, bir neçə dəfə irad bildirdi. Oyundan sonra təcrübəli futbolçu həm bu məsələyə aydınlıq gətirdi, həm də suallarımızı cavabladı.

- Hesabınıza 1 xal yazdıra bildiz. Nəticənin belə olacağını gözləyirdiz?
- Çempionatın sonlarıdı, həm də "Qarabağ"la oynayırdıq. Bilirdik ki, çətin olacaq. 1 xalın bizim üçün əhəmiyyəti böyük olmasa da, önəmli matç idi.

- Sonluqla bağlı ümidiniz varmı?
- "Qarabağ"l oyundauduzmamaq hər komandaya motivasiya verir. Ümid edirəm ki, bizə də yaxşı təsir edər.

- "Qəbələ"nin elitada qalacağı ehtimalı var. Bəs siz komanda sayının artırılmasına ümid edirsiz?
- İnanmıram... Elə deyirlər, biz də eşidirik. Amma hər nə olsa da biz oyununuzu oynayacağıq.Elə şeylərə arxayın ola bilmərik.

- "Qəbələ"nin birdən-belə eniş yaşamasına səbəb nə oldu?
- Əvvəldən az-az problemlər oldu. Yığışa bilmirdik. Yeni gələnlər var idi. Fikir ayrılıqları oldu. Axıra qədər də belə getdi. Bundan sonra, inşallah, yaxşı olar.

- Yeganə şansınız kubokdu. Bütün qüvvəninizi cavab görüşünə cəmləyəcəksiz?
- Bəli. İndiki vəziyyətdə ən vacib oyunumuza çıxacağıq. Başqa variantımız yoxdu. Əlimizdən gələni edəcəyik.

- Kollektivdə söz-söhbət olduğu deyilir.
- Elə böyük problemimiz yoxdu. Hər komandadakı kimi vəziyyətə görə problemlər var. Yəni öz aramızda söz-sıhbət olub. Onu da böyütdülər.

- Sxadadze bu gün çox emosional görünürdü. Hətta səni çağırıb meydanın kənarında söz dedi...
- Hər məşqçinin bir xasiyyəti var. Biz də futbolçu kimi borcluyuq ki, onun tapşırıqlarını yerinə yetirək. Belə də bizdən istəniləni yerinə yetirməliyik. O bizə yox, biz ona uymalıyıq.

- Sxadadzenin gəlişi "Qəbələ"də nəyi dəyişdi?
- Oyun taktikamızda dəyişikliklər var. Onun öz istəkləri var. Oyundan-oyuna istəklərini yerinə yetirməyə çalışırıq.

RÖYANƏ OĞUZ

Seçilən
27
Mənbələr
Şərh ()
Bağla