AZ

Mərmərə dənizində batan gəmidən YENİ XƏBƏR: 70 gün sonra... - FOTO

Fevralın 15-də Mərmərə dənizində Karacabey rayonundan 4 mil şimalda batan "Batuhan A." adlı gəminin itkin düşmüş 2 ekipaj üzvü tapılarkən, hadisədən 70 gün sonra balıqçılar gəminin batdığı yerdə suyun üzərində üzən meyit aşkar edib.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, Sahil Təhlükəsizlik Cənubi Mərmərə Qrup Komandirliyi qrupları tərəfindən sudan çıxarılan cəsəd şəxsiyyətinin müəyyən edilməsi üçün Bursa Tibb Qurumuna göndərilib.

Cəsəd itkin düşən baş mühəndis-maşinist 33 yaşlı Murat Çalışkan və maşın kursantı 22 yaşlı Əhməd Atavın ailələrindən alınan DNT nümunəsi ilə qarşılaşdırılacaq və şəxsiyyəti müəyyən ediləcək.

Xatırladaq ki, Türkiyə bayrağı altında üzən "Batuhan A." adlı yük gəmisi fevralın 15-də altı dənizçi ilə birlikdə Mərmərə dənizində batıb. Gəminin itkin düşən heyət üzvlərindən ikisinin meyiti aşkarlanıb.

Seçilən
41
Mənbələr
Şərh ()
Bağla