AZ

Rəşad Sadıqov: “Bizi mövsümün bəlkə də ən vacib oyunu gözləyir”

Azərbaycan Kubokunda ilk finalçı “Qəbələ”ni məğlub edən “Zirə” olub.

İdmanxeber.az məlumat verir ki, görüşdən sonra keçirilən mətbuat konfransında “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov oyunu belə dəyərləndirib:

– Futbolçularımı təbrik edirəm. İlk matçın son dəqiqələrində buraxdığımız qol rəqibə əlavə motivasiya verirdi. Rəqibin geridə qalan üç həftə ərzində verdiyi açıqlamalar da, bizdə əlavə narahatlıq yaradırdı. Maksimum konsentrasiya olmağa çalışdıq. Çünki bu tip oyunlarda ən vacibi oyuna köklənməkdir. İlk dəqiqələrdən futbolçularımda böyük diqqət və intizamı hiss edirdim. Yaxşı da başladıq. Bilirik ki, Kaxaber Tsxadadze arxadan oyun qurmağı, topa nəzarət etməyi sevir, kombinasiyalı futbola üstünlük verir. Biz də çalışırdıq ki, pressinq tətbiq edək və onlara hücum qurmaqda problem yaradaq. Müəyyən səviyyədə alınırdı, hardasa da rəqib pressinqdən çıxırdı. İkinci yarıda hücum xəttinə daha gümrah oyunçuları əlavə edib, nəticəni öz xeyrimizə çevirmək istəyirdik. Şükür Allaha, alındı. Vladislav Kulaç gözəl zərbə vurdu, Rafael Utziq də baxımlı qola imza atdı. Bu da bizi sevindirir. Çox güc sərf etdik. Dörd gündən sonra bizi mövsümün bəlkə də ən vacib oyunu gözləyir. Məcburuq ki, kubok matçını tez unudaraq çempionat görüşünə köklənək.

 

Seçilən
76
Mənbələr
Şərh ()
Bağla