AZ

Skuter və moped istifadəçiləri üçün yeni qaydalar qəbul olunmalıdır – EKSPERT RƏYİVİDEO

Paytaxtda moped və skuter sürənlərin sayı artsa da, faktiki olaraq bu nəqliyyat vasitələri üçün qaydalar yoxdur...

Xezerxeber.az-ın xəbərinə görə, ekspertlər deyir ki, bu nəqliyyat vasitələri üçün yeni qaydaların tətbiqinə ehtiyac var.

Velosiped zolaqları salındıqdan sonra bu zolaqdan velosiped sürənlərlə yanaşı moped və skuter sürücüləri də istifadə edir.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, dünya təcrübəsində müxtəlif texniki xüsusiyyətlərə malik olan bu nəqliyyat vasitələri həmin ölkələrin qanunvericiliyinə uyğunlaşdırılır. Həmin təcrübə ölkəmizdə də tətbiq olunmalıdır.

Ekspertin sözlərinə görə, moped və skuter sürücüləri qanun pozuntusuna yol verərsə, İnzibati Xətalar Məcəlləsində, cinayət hadisəsi baş verərsə, Cinayət Məcəlləsində nəzərdə tutulmuş tədbirlər həyata keçirilir. Lakin dünya praktikasında hər bir nəqliyyat vasitəsi üçün ayrıca qaydalar tətbiq edilir.

Bizdə isə bu hələ ki ümumi nəqliyyat vasitələri üçün nəzərdə tutulan qaydalarla tənzimlənir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
42
1
Mənbələr
Şərh ()
Bağla