AZ

İlham Əliyevin söylədikləri regionda gərginliyi artırmaq istəyənlərə MESAJ İDİ..VİDEO

Prezident İlham Əliyev beynəlxalq forumda 4 saata yaxın çıxışında dünyanı və bölgəmizi narahat edən məsələlərlə bağlı danışdı, dünyada baş verən proseslərin regiona təsirlərindən bəhs etdi. Önəmli mesajlar verdi...

Hətta bəzi mövzularda həyəcan təbili çaldı, xəbərdarlıq etdi deyə bilərik... Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün cəhdlər göstərildiyini dünyanın hər tərəfindən olan forum iştirakçılarının diqqətinə çatdırdı... Əsasən də Ermənistanı silahlandıranlarla bağlı....

Prezidentin diqqətə çatdırdığı məsələlərdən biri də Ermənistanın Naxçıvanla yol əlaqəsinin qurulmasını bloklamağı ilə bağlı idi.

Ekspertlər deyir ki, Ermənistan bir vaxtlar hazırda artıq həllini tapmış problemlərlə bağlı da qeyri-konstruktiv mövqe sərgiləyirdi.

Onlar hesab edir ki, qısa vaxt ərzində Ermənistanla sülh müqaviləsi imzalana bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
73
Mənbələr
Şərh ()
Bağla