AZ

COP29 Sədrliyi ölkə pavilyonlarının təşkili üzrə müraciətlərin qəbuluna start verib

Bakı. Trend:

COP29 Azərbaycan Əməliyyat Şirkəti 2024-cü ilinnoyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələriüzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cusessiyasında iştirak edəcək tərəflərin pavilyonlar üzrə rəsmimüraciətlərinin qəbuluna başlayıb.

Trend xəbər verir ki, məlum olduğu kimi, BMT-nin İqlimDəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının29-cu sessiyası bu ilin noyabr ayında Azərbaycanda keçiriləcəkdir.Konfransa hazırlıq prosesində Çərçivə Konvensiyasına daxil olantərəflərin - 197 üzv dövlət və Avropa Birliyi olmaqla - 198nümayəndə heyətinin ölkə pavilyonları və ofis məkanlarının təşkilivacib əhəmiyyət kəsb edir.

Əməliyyat Şirkəti Konfrans məkanının “Göy zonasında” yer alanölkə pavilyonlarının qurulması üzrə ilkin müraciətlə çıxış edənmaraqlı tərəflərin istəklərinin tam təfərrüatlı qəbulu vətərəflərin iştirakının yüksək səviyyədə təmin edilməsinə xidmətedən müvafiq proseduru artıq hazırlayıb beynəlxalq ictimaiyyətindiqqətinə təqdim edibdir.

COP tədbirlərində geniş təcrübəyə sahib olan“Orientations.events” şirkəti vahid prosesin təşkili və icrası üzrətərəfdaş seçilmişdir. Ölkələrin iştirakını asanlaşdırmaq üçünrəqəmsal platforma olan “COP29 nümayəndəlik xidmətləriportalı” maraqlı tərəflərin istifadəsi üçün təqdim edilibdir.Portal nümayəndə heyətlərinə COP29-da iştirak üçün maraqlarınıifadə etməyə və onların Göy Zonada iştirakçılığı ərəfəsində bütünzəruri əlavə xidmətləri seçməyə imkan verir.

Xatırladaq ki, bu ilin noyabr ayında Bakı Stadionu COP29Konfransı və eləcə də Yaşıl Zona proqramı və tədbirləri üçün vahidməkan kimi xidmət edən beynəlxalq arenaya çevriləcəkdir. BMT-nintəşkilatçı qrupu ilə birgə Stadionun ərazisini COP29-un Göy vəYaşıl Zonalarına ayıran müfəssəl plan tamamlanmamərhələsindədir.

Seçilən
40
18
Mənbələr
Şərh ()
Bağla