AZ

Heyrətamizfaktlar

Avstraliyalı huni-tor hörümçəyi tez-tez dünyanın ən ölümcül hörümçəyi adlanır, lakin zəhər əleyhinə vasitənin yaradılmasından bəri son 40 il ərzində onun dişləməsindən təsdiqlənmiş bir ölüm halı qeydə alınmayıb.

Şimali Amerika materikində yerləşən Yuxarı göldə Şimali və Cənubi Amerikanı 30 santimetr su ilə əhatə edəcək qədər su var.

Dünyada işlək dillərin altıda bir hissəsi yalnız Yeni Qvineyada danışılır.

İkinci Dünya Müharibəsində Con Pujol Garsia adlı casus xidmətinə görə həm anti-Hitler koalisiyasından, həm də Hitlerin tərəfdarı olan ölkələrdən ən yüksək mükafatı almışdı.

Tarantulalar kiçik qurbağaları ev heyvanı kimi saxlayırlar.

1995-ci ildə MakArtur Viler adlı şəxs tapança ilə silahlanmış halda iki bankı qarət edib. O, üzünü maskanın altında gizlətmədiyi üçün cəmi bir neçə saat sonra həbs edilib. Bunun əvəzinə, limon suyunu gözəgörünməz mürəkkəb hazırlamaq üçün istifadə edilə biləcəyini oxuduğu üçün üzünə limon suyu sürtmək qərarına gəldi. Onun məntiqi belə idi ki, şirə onun üzünü görünməz edəcək. Hətta kassirlərdən birinə demişdi: "Narahat olma, mənim üzüm var, sadəcə onu görə bilməzsən". Həbs olunanda o, sadəcə kədərlə ah çəkdi və dedi: "Amma mən özümü şirə ilə gizlətmişdim!" Bu hal hələ də akademik jurnallarda aşağı intellektə malik insanların özlərini hamıdan daha ağıllı hesab etmələrinin nümunəsi kimi göstərilir.

Yer üzündəki ağacların sayı Süd yolundakı ulduzların sayından təxminən 10 dəfə çoxdur.

Tsutomo Yamaquçi adlı şəxs Xirosimada işgüzar səfərdə idi və qayıtmalı olduğu gün şəhərə atom bombası düşdü. Yamaquçi yüngül xəsarətlərlə qurtuldu və evə Naqasakiyə qayıtdı. Burada 3 gün sonra işə başladı. İkinci bomba o, birinci ilə bağlı təcrübəsini müdirinə danışarkən həmin şəhərə atıldı. Yamaquçi heç bir xəsarət almadan sağ qalmışdı və nəticədə 90 yaşına qədər yaşadı.

Dinozavrlar otdan daha yaşlıdırlar. Yaşıl tarlalarda gəzən dinozavrların bütün şəkilləri yalançıdır. Həmin dövrlərdə torpaq örtüyü bitkiləri çəmən deyil, əsasən çiçəkli kollar olmuşdur.

Tarixdə qeydə alınan ən yüksək səs 1883-cü ildə Krakatoa vulkanının püskürməsi hesab edilir. O, episentrdən 60 kilometrdən çox məsafədə olan insanların qulaq pərdələrini partlatmışdı, Yer kürəsini yeddi dəfə dövrə vuran infrasəs dalğası yaratmışdı və Nyu-Yorkda-16 min kilometrdən çox məsafədə eşidilmişdi.

Buludların çəkisi yüz minlərlə kiloqramdır. Onlar su ilə doludur və bununla belə asanlıqla başımızın üstündə “üzür”. Təəccüblüdür ki, dəstəksiz, quruluşsuz - sadəcə üstümüzdə uçan böyük bir çəki var və bizi heç təəccübləndirmir.

Nubar Süleymanova, “İki sahil”

Seçilən
73
Mənbələr
Şərh ()
Bağla