AZ

“Sabah” müntəzəm mövsümü zirvədə tamamladı

“Sərhədçi” İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının 18-ci turunun açılış oyunu baş tutub.

Futbolinfo.az xəbər verir ki, ilk oyunda “Sabah” və “Xəzri” komandaları üz-üzə gəliblər.

“Sabah” rəqibinə 77:65 hesabı ilə qalib gəlib. Bu qələbə ilə “Sabah” klubu müntəzəm mövsümü lider bitirərək, adını pley-offun yarımfinalına yazdırıb.

Ən məhsuldar basketbolçular “Sabah”da Artyom Butyankov (15 xal, 13 ribaund), “Xəzri”də Cordan Perkins (18 xal, 6 ribaund) olub.

Sonuncu 18-ci turun növbəti oyunları (“Xırdalan” – “Cəlilabad”, “Neftçi” – “Sərhədçi”, “NTD-İndiqo” – “Şəki”, “Gəncə” – “Sumqayıt”) 25, 26, 27 və 28 aprel tarixlərində baş tutacaq.

Seçilən
67
1
Mənbələr
Şərh ()
Bağla