AZ

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərraca çıxarılıb.

 

Sfera.az bildirir ki, məşhur müəllifin rəsm əsəri təxminən 100 ildən sonra aşkar edilib. Qeyd edək ki, Qustav Klimt “Adelin portreti” kimi məşhur tablonun müəllifidir. 
Vaşinqton Konsensusuna - yəni, nasistlər tərəfindən oğurlanmış sənət əsərlərinin geri qaytarılmasına dair beynəlxalq müqaviləyə əsasən, rəsm həm hazırkı sahibləri, həm də Lizer ailəsinin qanuni varisləri adından satılacaq.

 

Bu əsər təxmini dəyəri 30-50 milyon avro arasında olan “Fräulein Lieserin portreti”dir. Rəsm əvvəlki sahiblərinin varislərinin şəxsi kolleksiyasında olub. Ailə tablonun heç vaxt gizlədilmədiyini, sadəcə olaraq heç yerdə sərgilənmədiyi və haqqında danışılmadığını iddia edir.

 

Hərrac evinin ekspertləri də bunu təsdiqləyərək:

 

“Ola bilsin ki, əvvəlki sahibi rəsm əsərini hansı rəssamın yaratdığını bilməyib, çünki üzərində imzası yoxdur”-deyə bildirib. 


Rəsmin ölçüsü 140x80 santimetrdir. Rəssamın əsərlərinin kataloqlarında deyildiyi kimi, bu tablonun mütəxəssislərə yalnız qara-ağ nüsxəsi məlum olub. Ancaq indi, xüsusi müayinədən sonra sənətşünaslar rəsmin həqiqiliyini müəyyən edə biliblər və onun məşhur Qustav Klimtin fırçasına aid olduğuna əmin olublar.

 

"Fraulein Lieserin portreti" haqqında

 

Rəsm 1918-ci ildə insultdan vəfat edən Klimt tərəfindən son yaradıcılıq dövründə çəkilib. Mütəxəssislər hesab edir ki, Klimt rəsm əsərini yarımçıq hesab edib, buna görə də ona imza atmayıb.

 

Bu portret o dövrdə Vyanada yaşayan sənayeçilər Liser ailəsi tərəfindən sifariş edilmişdir. Liserlər şəhər elitasına mənsub, zəngin ailə idilər, lakin 1938-ci ildə Avstriya Almaniya tərəfindən ilhaq edildikdən sonra yəhudi mənşəli olduqları üçün təqiblərə məruz qalmışdılar.


Rəsmin taleyi təxminən 1925-ci ildən bəri naməlum olsa da, onun 1960-cı illərdən bəri indiki sahiblərinin ailəsinə məxsus olduğu məlum olub. Məhz buna görə də, qeyd etdiyimiz kimi nasistlər tərəfindən oğurlanmış sənət əsərlərinin varislərinə qaytarılması haqqında beynəlxalq müqaviləyə - Vaşinqton konsensusuna əsasən, rəsm həm hazırkı sahibləri adından, həm də onun qanuni varisləri adından satılacaq.

 

Aynil

Sfera.az

Seçilən
101
Mənbələr
Şərh ()
Bağla