AZ

“Liverpul” derbidə "2" alıb

İngiltərə Premyer Liqasında 29-cu turun 4 oyunu baş tutub.

İdman.biz xəbər verir ki, “Liverpul” çempionluq yarışında ağır zərbə alıb.

Yurgen Kloppun yetirmələri Liverpul derbisində “Everton”a uduzublar. Bu məğlubiyyətdən sonra “qırmızılar”ın çempionluq şansı minimuma enib. “Arsenal”dan 3 xal geri qalan “Liverpul” “Mançester Siti”nin 1 xal qabaqlayır. “Şəhərlilər”in ehtiyatda 2 oyunu var.

“Mançester Yunayted” öz meydanında “Şeffild Yunayted”ə 4:2 hesabı ilə qalib gəlib.

İngiltərə Premyer Liqası
29-cu turun oyunları

“Vulverhempton” – “Bornmut” – 0:1
“Kristal Pelas” – “Nyukasl” – 2:0
“Everton” – “Liverpul” – 2:0
“Mançester Yunayted” – “Şeffild Yunayted” – 4:2

İdman.biz

Seçilən
68
18
Mənbələr
Şərh ()
Bağla