AZ

İtaliya Kubokunda “Atalanta” - “Yuventus” finalı olacaq

Bu gün futbol üzrə İtaliya Kubokunda 2023/2024 mövsümünün yarımfinal mərhələsinin cavab oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu finalçının adına Berqamoda keçirilmiş “Atalanta” – “Fiorentina” matçında aydınlıq gəlib.

Bu komandalar arasında Florensiyada baş tutmuş ilk oyunda meydan sahibləri 1:0 hesabıyla qalib gəlmişdilər. Cavab qarşılaşmasında “Fiorentina”ya mərhələ adlamaq üçün heç-heçə də bəs edirdi. Amma rəqibini böyük hesabla məğlub edən “Atalanta” ümumi hesabı xeyrinə dəyişərək finala vəsiqə qazanıb.

Daha öncə “Yuventus” da “Latsio” ilə dueldən qalib ayrılaraq finala yüksəlmişdi.

Beləliklə, İtaliya Kubokunda bu mövsüm “Atalanta” – “Yuventus” finalı baş tutacaq. Həlledici qarşılaşma mayın 15-də keçiriləcək.

İtaliya Kuboku
Yarımfinalın cavab oyunları
23 aprel

Latsio – Yuventus 2:1
Qollar: Kastelyanos 12; 49 – Milik, 83.
İlk oyun – 0:2.

24 aprel

Atalanta – Fiorentina 4:1
Qollar: Kopmeyners, 8. Skamakka, 75. Lukman, 90+4. Paşaliç, 90+8 – Kuarta, 68.
İlk oyun – 0:1.

Seçilən
121
Mənbələr
Şərh ()
Bağla