AZ

Özbəkistan media nümayəndələri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar (FOTO)

Bakı. Trend:

Özbəkistan Jurnalistlər İttifaqının sədri Xolmurod Səlimovunrəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində Əməkvə Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOSTİnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin qonağı olub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilənməlumata görə, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinindirektoru Nigar Məmmədova qonaqları Mərkəzin fəaliyyətistiqamətləri barədə məlumatlandırıb.

Özbəkistanın media nümayəndələri sosial cəhətdən həssas əhaliqruplarına aid şəxslərin yaradıcılıq potensialının inkişafetdirilməsi üçün yaradılan şəraitlə tanış olublar. JurnalistlərəBirinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü iləyaradılmış Mərkəzdə inklüziv cəmiyyətin inkişafı, həssaskateqoriyalardan olan şəxslərin sosial adaptasiyası istiqamətindəhəyata keçirilmiş layihələr barədə məlumat verilib.

Mərkəzin İsmayıllıda “DOST EVİ” filialının açıldığı, həminfilialın bölgədə milli sənətkarlığın inkişafına və təbliğinə,habelə özünüməşğulluq layihələrinin icrasına dəstək məqsədidaşıdığı vurğulanıb.

Qonaqlar Mərkəzdəki təlim studiyalarında yaradıcılıq prosesiniizləyib, təlimçi və benefisiarların əl işlərindən ibarət sərgi ilətanış olublar. İnklüziv Ansamblın müşayiəti ilə Mərkəzin istedadlıbenefisiarlarının təqdim etdiyi musiqi nömrələri də Özbəkistanmedia mənsubları tərəfindən alqışlarla qarşılanıb.

Sonra qonaqlara xatirə hədiyyələri təqdim olunub.

Özbəkistan
Özbəkistan
Özbəkistan
Özbəkistan
Özbəkistan
Özbəkistan
Seçilən
64
Mənbələr
Şərh ()
Bağla