AZ

“Laçın yolundan da Rusiya bayrağı götürüldü...- Sülhməramlılar çıxmaqda davam edir...”

Dünən –aprelin 24-də Laçın yolundan(yəqin ki, “Laçın” sərhəd-keçid məntəqəsi nəzərdə tutulur-S.L.) Rusiya bayrağı götürülüb. 
 
Moderator.az xəbər verir ki, bu haqda “Azadlıq” radiosunun erməni bürosu(“Azatutyun”) məlumat yayıb.
 
“Video-görüntülərə görə, Rusiya “sülhməramlı” qoşunları 9 noyabr(10 noyabr-S.L.) bəyanatında nəzərdə tutulan müddətdən bir il yarım tez, əhalisi köçmüş(könüllü!-S.L.) artsaxı(Yuxarı Qarabağı-S.L.) tərk etməyə davam edir .
 
Moskvanın buna necə, nə vaxt və nəyə görə razılaşdığı hələ məlum deyil, yalnız aydındır ki, qoşunların çıxarılması elan edildikdən bir neçə gün sonra Azərbaycan prezidenti Rusiya prezidenti ilə görüş üçün Moskvaya səfər edib . Putinlə qapalı danışıqların ertəsi günü Bakıya qayıdan Əliyev bir daha vurğulayıb ki, Ermənistan Naxçıvanla əlaqə yaratmaq üçün Azərbaycana yol verməli və ona Rusiya sərhədçiləri nəzarət etməlidir.
 
“Prezident Putin, baş nazir Paşinyan və mən bəyanat imzaladıq, indi isə Ermənistan 3 ildən artıqdır ki, həmin bəndi pozur, amma onlar bunu imzalamamalı idilərmi? İndi o məqamdan qurtulmağa çalışırlar, amma bu, mümkün deyil. Orada Ermənistanın baş nazirinin imzası var və buna hörmət edilməlidir”, - deyə o bildirib.
 
Elə həmin gün Putin və Əliyevin görüşündə Rusiyanın xarici işlər naziri Rusiyanın Cənubi Qafqazdakı maraqlarına həsr olunmuş xüsusi iclas keçirib və “üçtərəfli sazişlərin tam icrası” məsələsini vurğulayıb”- xəbərdə belə deyilir.
 
S.Laçın
 
Seçilən
48
Mənbələr
Şərh ()
Bağla