AZ

Göygöl Rayon Mərkəzi Xəstəxanasında “İmmunlaşdırma həftəsi” keçirilir 

Göygöl Rayon Mərkəzi Xəstəxanasında “İmmunlaşdırma həftəsi” keçirilir.
 
Xəstəxanadan Aztibb.az-a bildirilib ki, tibb müəssisəsinin tabeliyində fəaliyyət göstərən kənd və həkim tibb məntəqələrində “İmmunlaşdırma həftəsi” çərçivəsində uşaqlar peyvəndə cəlb olunublar. Eləcə də valideynlərə uşaqların vaxtında peyvənd olunmasının, peyvəndlə qarşısı alınan xəstəliklərə qarşı immunizasiyanın əhəmiyyəti haqqında geniş məlumat verilib.
 
Qeyd edək ki, “İmmunlaşdırma həftəsi” Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə həyata keçirilir.
Seçilən
38
Mənbələr
Şərh ()
Bağla