AZ

“Nike” “Barselona”ya 100 milyon avroluq ödəniş etməyə hazırdır

İdman geyimi və ayaqqabısı istehsalı üzrə ixtisaslaşmış “Nike” şirkəti “Barselona” ilə əməkdaşlığını davam etdirmək istəyindədir.

Arena.az “Sports.es” dərgisinə istinadən məlumat verir ki, amerikan brendi Kataloniya nəhəngi ilə əməkdaşlıq müqaviləsinin müddətinin 2028-ci ilə qədər uzadılması müqabilində, “Barselona”ya 100 milyon avro məbləğə qədər ödəniş etməyə razıdır.

Mənbənin məlumatına görə, müəyyən şərtlər daxilində “Nike” bu məbləği ildə 120 milyon avroya qədər artırmağa da hazırdır.

Bundan əlavə, məşhur şirkət müqavilənin müddətinin uzadılmasına görə Kataloniya klubuna üstəlik olaraq daha 100 milyon avro məbləğ təklif edir. Əməkdaşlığın aqibətinin gələn həftənin əvvəlində elan edilə biləcəyi vurğulanır. Təxmin edilir ki, tərəflər çox güman, müsbət razılıq əldə edəcəklər.

Xatırladaq ki, “Barselona” “Nike” ilə 1998-ci ildən əməkdaşlıq edir. Əvvəllər, “blauqrana”nın, 2016-cı ildəki köhnə müqaviləsinin bazar tələblərinə cavab verməməsi səbəbindən bu təchizatçı ilə əməkdaşlığına xitam verməyə yaxın olduğu barədə məlumat yayılmışdı.

Seçilən
42
Mənbələr
Şərh ()
Bağla