AZ

“Telefon çıxaranın Allah evini yıxsın”

Əməkdar artist Yusif Mustafayev Quran kitabını göstərib "sənin növbəndir" deyən mollanı tapıb. 

Axşam.az xəbər verir ki, ifaçı bu haqda "Elgizlə izlə" verilişində danışıb. O bildirib ki, mollanın bu sözlərinin səbəbi onun TikTok-da məşhurlaşmaq istəməsidir: 

"Biri zəng vurdu ki, haqqımda deyib səhv etmişəm, üzr istəyirəm. Həmin videonu göndərdilər, gördüm üzr istəmir. Sənətkaram, bir boğazımdır, oxuyuram. Əgər Quran əhlidirsə, bağışlayıram. Hardandır, harada yaşayır öyrənmişəm. Dedilər ki, məhkəməyə ver. Dedim, məhkəmənin ən gözəli Allahdır. Niyə ölüm xəbərimə sevinirsən? Axı mənim ailəm, balalarım var. TikTok çıxardan, Allah qapını bağlasın, telefon çıxardan Allah evini yıxsın. Hamı TikTok-a düşməyə çalışır. Mollasan get, Quran oxu". 


Telegram kanalımız
Seçilən
171
6
Mənbələr
Şərh ()
Bağla