AZ

Fransada onu 5800 avroya SATIRLAR: Naxçıvanda qızıl qiymətinə olan DOMBALAN - VİDEO

Fransada onu 5800 avroya SATIRLAR: Naxçıvanda qızıl qiymətinə olan DOMBALAN - VİDEO

Naxçıvanın bərəkətli torpaqlarında bitən şəfalı, min-bir dərdin dərmanı olan müxtəlif bitkilər yerli sakinlərin əsas qidasına, süfrələrin bəzəyinə, ağız ləzzətinə çevrilir. Bu bitkilər arasında biri var ki, tərkibinin zənginliyi ilə dünyada məşhurdur. Çox az ölkələrdə yetişən trüfel Naxçıvanın ucqar bölgələrində ən çox yığılan bitkilərindəndir. Bu bitkiyə el arasında dombalanda deyilir. Səbəb isə o tam yetişdikdən sonra torpağı tam şişkin göstərməsidir. Sonxeber.az xəbər verir ki, məsələ ilə bağlı yerli sakinlər "Apa TV"yə danışıb:

"Dombalan otunun beçələyən zaman yeri bəlli olur. Bu ərazilərdə və yaxınlıqda bu bitkilərdən var. Gördüyünüz otlar olduğu halda həmin bu bitki olur".

Dombalanı tapmaq üçün əvvəlcə onun ətrafında yerləşən ot növlərini tanımaq lazımdır:

"Bir neçə hallarda bu dombalaqların 5-i bir yerdə olur. Onların harda 1 kiloqrama qədər çəkisi olur. Hətta daha artıq belə ola bilir".

Yerli sakinlər deyir ki, bu bitkilər əsasən qumluq təpələrdə yetişir. Göbələyin bir növü olan trüfelin məhsuldarlığı isə 7 ildən bir artır.

Ətraflı "Apa TV"nin süjetində:

Seçilən
112
50
Mənbələr
Şərh ()
Bağla