AZ

Son qərar verildi – “Putini ancaq belə dayandırmaq olar”

ABŞ dövlət katibi Entoni Blinken Rusiyanın Ukraynaya qarşı müharibəsinin Çinin Moskvaya hərbi yardımı sayəsində mümkün olması ilə bağlı artan narahatlığı səbəbindən Pekinə gedib. Blinken bu yolla Çin liderlərini Kremllə əlaqələri kəsməyə sövq etməyi planlaşdırır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Vaşinqton Post” yazır.

ABŞ Çini Rusiyanın müdafiə sektoruna dəstək verməkdə ittiham edir.

“Söhbət Rusiyanın müdafiə və sənaye bazasından gedirsə, hazırda əsas təchizatçı Çindir”, - Blinken deyib.

Dövlət katibi əlavə edib ki, Çin Rusiyaya müxtəlif avadanlıqlar, yarımkeçiricilər və digər resursları verir, bu da ona müharibənin zəiflətdiyi müdafiə sənayesini bərpa etməyə kömək edir:

“Əgər Çin bir tərəfdən Avropa və digər ölkələrlə yaxşı münasibətlər olduğunu iddia edirsə, digər tərəfdən soyuq müharibə bitdikdən sonra Avropanın təhlükəsizliyinə ən böyük təhdid olan münaqişəni alovlandıra bilməz”.

ABŞ rəsmilərinə görə, xəbərdarlıqlara baxmayaraq, Çin Kremlə dəstəyini artırıb. Ağ Ev xəbərdarlıq edir ki, Çin şirkətləri Rusiyaya embarqoya məruz qalan ikili təyinatlı komponentləri tədarük etməyə davam edərsə, dağıdıcı sanksiyalara məruz qala bilərlər.

Alman analitik Bonni Qleyzerin fikrincə, Blinken Çin lideri Si Cinpini son müraciətin onunla rusiyalı həmkarı Vladimir Putin arasında sıxıntı yaratmaq cəhdi olmadığına inandırmalı olacaq.

Təhlilçi söyləyib ki, ABŞ Çin liderinə Putinə hərbi səylərdə kömək edən xüsusi ticarətin məhdudlaşdırılmasının Vaşinqtonla münasibətləri sabitləşdirməyə kömək edə biləcəyini göstərməlidir.

Öz növbəsində bəzi rəsmilər hesab edirlər ki, Çinin davranışında sürətli dəyişiklik olmayacaq. Çünki Vaşinqton Çin sənayesini təcrid etmək və Pekinlə ticarət əlaqələrini pozmaq istəyir. Bununla belə, ABŞ-nin indi Çin iqtisadiyyatı üzərində keçmişə nisbətən daha az təsir rıçaqları var. Rəsmilər deyirlər ki, Çin də Kremllə əlaqələri kəsmək istəmir, çünki o, Rusiyanı ABŞ-nin dominantlıq etdiyi dünyada əsas tərəfdaşı kimi görür.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
21
Mənbələr
Şərh ()
Bağla