AZ

Harri Kasparov haqda həbs qərarı verildi – Təcili

Sıktıvkar şəhər məhkəməsi erməni əsilli rus şahmatçısı Harri Kasparov və Dövlət Dumasının keçmiş deputatı Gennadi Qudkovu terror icması yaratmaq, terror fəaliyyətini maliyyələşdirmək və terrorizmə açıq çağırışlar ittihamı ilə qiyabi həbs edib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, onlarla yanaşı, fəal Yevgeniya Çirikova və Rusiya Həmrəyliyi hərəkatının keçmiş icraçı direktoru İvan Tyutrinə də qiyabi ittiham irəli sürülüb. Hər dörd şəxs 205.1, 205.2 və 205.4-cü maddələrlə ittiham olunur. Rusiya FTX-nin Komi Respublikası üzrə idarəsinin materialları əsasında cinayət işi başlanıb. İttihamın süjeti və təfərrüatlar açıqlanmır. İşin niyə FTX-nin Komi üzrə departamenti tərəfindən açıldığı da bildirilmir.

Seçilən
21
1
Mənbələr
Şərh ()
Bağla