AZ

Ağır xəstəlikdən əziyyət çəkən qadın TƏBİB-dən kömək istədi - VİDEO

Ağır böyrək xəstəliyindən əziyyət çəkən qadın media vasitəsi ilə TƏBİB sədrinə müraciət ünvanlayıb.

Oxu24.com xəbər  verir  ki, 1968-ci il təvəllüdlü Xubalıyeva Sevinc Sabir qızı bir sıra ağır xəstəliklərdən əziyyət çəkir.

Həkim rəyinə əsasən ona həftədə 3 dəfə 4 saat olmaqla hemodializ müalicəsi etdirmək tövsiyə olunub.

Qadının bunu etdirməyə maddi imkanı olmadığı üçün Dövlət xəstəxanasında müalicə almaq üçün qeydiyyata dayanıb.

Buna baxmayaraq müalicə üçün təsdiq sənədi bu günə qədər TƏBİB tərəfindən təsdiq  edilməyib. 

Çarəsiz qalan vətəndaş media vasitəsi ilə TƏBİB sədrinə müraciət edərək,ona kömək etməyə çağırıb.

Həmin müraciəti təqdim  edirik:

 

Nigar

 

Seçilən
15
Mənbələr
Şərh ()
Bağla