AZ

Daşqınlara görə Qazaxıstanın büdcə xərcləri azaldılacaq - Tokayev

"Qazaxıstan hakimiyyəti daşqınların nəticələrini aradan qaldırmaq üçün büdcə xərclərini azaldacaq".

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qazaxıstan Xalqları Assambleyasının sessiyasında deyib.

Dövlət başçısı qeyd edib ki, prioritet vəzifə təbii fəlakət nəticəsində dağılmış evlərin bərpası, zərərçəkmiş vətəndaşların normal həyata qaytarılmasıdır.

Tokayev xatırladıb ki, bununla əlaqədar o, ölkədə əvvəllər planlaşdırılan beynəlxalq tədbirlərin azaldılması barədə göstəriş verib.

Humay İSGƏNDƏRLİ

Seçilən
14
Mənbələr
Şərh ()
Bağla