AZ

Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ İnstitutunun hesabatı

Bakı. Trend:

Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir.

Trend xarici KİV-lərəistinadən xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmalarıİnstitutunun son hesabatında yazılıb.

Bildirilir ki, rəsmi İrəvanın Kollektiv Təhlükəsizlik MüqaviləsiTəşkilatı (KTMT) daxilində fəaliyyətini dondurması buna ən bariznümunədir: “Görünür, İrəvan siyasi və təhlükəsizlik baxımındanMoskvadan uzaqlaşmaq istəyir”.

Bundan başqa, rəsmi Moskva bu ritorikasına görə Ermənistanı açıqşəkildə hədələməyə başlayıb: “Rusiya xarici işlər naziri SergeyLavrov bu günlərdə deyib ki, Ermənistan baş naziri Nikol PaşinyanCənubi Qafqazı geosiyasi qarşıdurmaya sürükləməyə çalışır. S.LavrovN.Paşinyanın səhv yolda olduğunu diqqətə çatdırıb”.

Xatırladaq ki, təşkilatın baş katibi İmanqali Tasmaqambetovaprelin 24-də "İzvestiya"ya müsahibəsində Ermənistanın üzləşdiyitəhlükəsizlik təhdidlərinin qiymətləndirilməli olduğunu deyib.

Məqalədə:
Seçilən
39
Mənbələr
Şərh ()
Bağla