AZ

Polşa ordusu Cənubi Koreyadan yeni yaylım atəş sistemi sifariş edib

Polşa Müdafiə Nazirliyi Cənubi Koreya ilə 70-dən çox K239 “Chunmoo” (Polşa modifikasiyasında - HOMAR-K) reaktiv yaylım atəş sistemi və bir neçə min idarə olunan raketin tədarükü üçün müqavilə bağlayıb.

Herbiand.az bildirir ki, bu barədə TASS agentliyi Polşa Müdafiə Nazirliyinin rəis müavini Pavel Beydaya istinadən məlumat yayıb.

“Polşa nümayəndə heyətinin Cənubi Koreyaya səfəri zamanı 72 HOMAR-K buraxılış modulunun, eləcə də bir neçə min idarə olunan raketin tədarükü üçün müqavilə imzalanıb”, - Beydaya söyləyib.

O, aydınlaşdırıb ki, alınan MLRS Polşa istehsalı olan 122 mm-lik raketlərdən istifadə edə biləcək.

Polşa Müdafiə Nazirliyinin qeyd etdiyi kimi, bu, Seulla ümumilikdə 288 K239 MLRS-nin alınması üçün çərçivə sazişində ikinci müqavilədir. Müqavilə həmçinin, 980 ədəd K2 tankı, 648 ədəd K9 haubitsa və 48 ədəd FA-50 yüngül qırıcının tədarükünü nəzərdə tutur.

Cənubi Koreyanın K239 “Chunmoo” reaktiv yaylım atəş sistemi 2010-cu illərdə Hanwha Defence mütəxəssisləri tərəfindən yaradılıb. MLRS-in əsas xüsusiyyəti müxtəlif çaplı raketləri bir buraxılış qurğusundan atəşə tutmaq qabiliyyətinin olmasıdır.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
16
Mənbələr
Şərh ()
Bağla