AZ

Ağır sözlərə məruz qalan aktyordan sərt reaksiya - Foto

Məşhur aktyor Alek Bolduin mağazada bir vətəndaş tərəfindən ağır sözlərə məruz qalıb.

Kulis.az xəbər verir ki, telefonla məşhur aktyoru çəkən qadın Bolduindən "Fələstini azad et" deməsini tələb etsə də, o, reaksiyasız qalıb.

Aktyorun cavab vermədiyini görən qadın "O qadını niyə öldürdün? Sən o qadını öldürdün və həbs olunmadın. Sən cinayətkarsan" deyərək israrla Balduinin videosunu çəkməyə davam edib.

Hollivud ulduzu telefonu qadının əlindən alıb və yerə atıb.

Xatırladaq ki, "Rust" filminin 42 yaşlı operatoru Halina Haçins 2021-ci ilin oktyabrında çəkiliş zamanı Alek Bolduin tərəfindən öldürülmüşdü.

Seçilən
42
1
Mənbələr
Şərh ()
Bağla