AZ

"Sabah" müntəzəm mövsümü birinci pillədə başa vuracaq

Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün sonuncu - XVIII turuna start verilib.

Sportinfo.az xəbər verir ki, günün yeganə matçında "Sabah" və "Xəzri" üz-üzə gəlib.

“Sərhədçi” İdman Mərkəzindəki qarşılaşma "Sabah"ın qələbəsi ilə bitib - 77:65.

Qələbə sayəsində xallarının sayını 33-ə çatdıran "Sabah" müntəzəm mövsümü birinci pillədə başa vuracaq. "Xəzri" 31 xalla ikincidir.

Turun digər qarşılaşmaları aprelin 25-28-də gerçəkləşəcək.

Seçilən
49
Mənbələr
Şərh ()
Bağla