AZ

Firuzə İbadova Cavanşir Məmmədovla bağlı açıqlamasını TƏKZİB ETDİ: "Mən elə deməmişəm...” – FOTO

Əməkdar artist Firuzə İbadova özü ilə bağlı yayılmış xəbəri təkzib edib.

 

Sfera.az xəbər verir ki, o, bu barədə “İnstagram” hesabında məlumat verib.

 

“Salam dəyərli soydaşlarım, əzizlərim! Bu gün paylaşılan "Firuzə İbadova Cavanşir Məmmədov üçün səhnəyə əlvida dedi" xəbəri doğru deyil! Mən Cavanşir Məmmədovdan sonra səhnəni heç kimlə paylaşa bilmərəm, duet oxumağa əlvida demişəm, səhnəyə DEYİL! Mən sənətimi, səhnəni sevirəm və heç vaxt tərk edə bilmərəm!!! Əksinə onun ruhu șad olsun deyə nəğmələrimizi yașadacağam! Çox xahiş edirəm, hörmətli saytlar yanlış məlumat paylaşmayın” , - Əməkdar artist  qeyd edib.

 

Xatırladaq ki, dünən Medianews.az saytı Firuzə İbadovanın açıqlamasında 30 ildən çox duet ortağı olmuş mərhum Əməkdar artist Cavanşir Məmmədovun ölümündən sonra səhnəyə “əlvida” dediyini yazıb.

 

“Cavanşirsiz səhnəyə çıxmağa stop qoydum. Daha efirlərdə görməyəcəksiniz məni. Onunla bərabər gəldim, o getdi, mən də daha yoxam! Bir də nə vaxtsa xarici ölkədə səhnəyə çıxma ehtimalım ola bilər… əlvida, səhnə!” - xəbərdə qeyd olunurdu.


Firuzə Əliyeva



 

Seçilən
32
6
Mənbələr
Şərh ()
Bağla